ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən ən yüksək dövlət kürsüsü uğrunda mübarizə apararaq, məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb. Bu barədə New York Post məlumat yayıb.
Onun məlumatına görə, sözügedən təyyarə Cessna Citation X-dir. Tramp 2016-cı il seçki kampaniyası zamanı ondan tez-tez istifadə edib. Dəyəri 10 milyon dollardır və İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Mehrdad Moayedi tərəfindən alınıb. (Tass)