ABŞ prezidenti Donald Trampla söhbəti zamanı Vladimir Zelenski sülhə nail olmaq istədiyini bildirib. Bu barədə Ağ Ev rəhbəri Truth Social sosial şəbəkəsində yazıb.
“Mən indicə Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdım. Söhbət çox yaxşı keçib. O, Rusiya prezidenti Vladimir Putin kimi barışmaq istəyir. Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik”, – Tramp yazıb. (Tass)