ABŞ prezidenti Donald Tramp Romada Vladimir Zelenski ilə görüş ehtimalını istisna etməyib.
Papa Fransiskin dəfn mərasiminə uçmazdan əvvəl Ağ Evdə jurnalistlərə açıqlama verən Vaşinqton administrasiyasının rəhbəri İtaliya paytaxtında “bir çox xarici liderlərlə” görüşlər keçirəcəyini bildirib. “Mən italyanlarla görüşəcəm, bəli”, – Tramp Roma rəhbərliyinə istinad edərək təsdiqləyib. “Baş nazirinizlə?” – deyə jurnalistlərdən biri soruşub. Lakin cavab olaraq ona bildiriblər ki, Zelenski ilə görüşünün olub-olmadığını soruşurlar. “Ah, belədir… Yaxşı… Mümkündür”, – prezident heç bir təfərrüat vermədən cavab verib. (Tass)