ABŞ prezidenti Donald Tramp, Vladimir Zelenskini tənqid etməsinə baxmayaraq, onunla gələcək təmaslara açıqdır. Amerika lideri bunu Fox News radiosuna müsahibəsində bildirib.
O, Zelenski ilə telefon danışığının mümkünlüyündən danışarkən, “Bəli, əlbəttə ki, onun zənginə cavab verəcəm”.Tramp bununla bağlı əmin edib ki, o, “oyun oynamır”.
Ağ Ev rəhbəri çərşənbə axşamı bildirib ki, Zelenskinin reytinqi 4%-ə düşüb və Ukrayna sülh masasında yer almaq istəyirsə, seçki keçirməlidir. Buna cavab olaraq Zelenski Trampın guya “Rusiya dezinformasiyasının qurbanı” olması fikrini bildirib. Çərşənbə günü Amerika lideri Zelenskini seçki keçirməkdən imtina etdiyinə görə diktator adlandırıb və onun reytinqinin çox aşağı olduğuna bir daha işarə edib.
Rusiya prezidenti Vladimir Putin özünü dövlət başçısı adlandıran Zelenskinin qeyri-legitimliyinə diqqət çəkib. Ukrayna konstitusiyasında hərbi vəziyyət dövründə prezident seçkilərinin təxirə salınması nəzərdə tutulmayıb (bu bəhanə ilə Kiyev səsvermə keçirməkdən imtina edib), ona görə də Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. (Tass)