ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini Ukraynada prezident seçkilərinin keçirilməsi təklifini rədd etdiyinə görə tənqid edib.
“Seçkiləri olmayan diktator Zelenski tez hərəkət etməlidir, əks halda onun ölkəsi qalmayacaq”, – Tramp özünün Truth Social səhifəsində yazıb.
O, həmçinin əlavə edib ki, ABŞ “sülhə nail ola bilməyən” Avropadan fərqli olaraq Rusiya ilə “uğurla danışıqlar aparır”.
Fevralın 12-də Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub. İki lider Ukraynada döyüşlərin dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə edib, həmçinin təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında söhbətin “konstruktiv, işgüzar və dostluq” olduğunu vurğulayıb.