ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Zelenski əvvəllər Ukraynada sülh istəməyib, indi isə buna razılaşıb. Amerika lideri bunu Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Və biz artıq nəsə etməyə yaxınıq. Biz Ukraynanı sıraladıq. Və bildiyiniz kimi, mən həmişə demişəm ki, Ukrayna [danışıqlarda] bəlkə də daha çətin tərəf olub”, – Ağ Ev rəhbəri qeyd edib.
“Gördünüz, bir həftə əvvəl burada idiniz, maraqlı şeylər baş verdi”, o, jurnalistlərə müraciət edərək davam etdi. ” Ağ Evdə sülh istəməyən bir oğlan [Volodimir Zelenski] var idi. İndi o, sülhə razıdır. Ona görə də nə baş verəcəyini görəcəyik”, – Tramp yekunlaşdırıb. (Tass)