The New York Times mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı əlavə zərbələr endirmək üçün bir neçə variant alıb.
Onların məlumatına görə, Amerika liderinə Tehranda mülki hədəflərə zərbələr endirmək də daxil olmaqla bir neçə variant barədə məlumat verilib. Adları çəkilməyən ABŞ rəsmiləri qeyd ediblər ki, Amerika lideri İslam Respublikasına qarşı hücuma icazə verməyi ciddi şəkildə nəzərdən keçirir, lakin hələlik yekun qərar verməyib.
Bundan əlavə, qəzetin qeyd etdiyi kimi, şənbə günü ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb. “The New York Times” qəzetinin məlumatına görə, onlar Suriya və Qəzza zolağındakı vəziyyətdən əlavə, İrandakı etirazları da müzakirə ediblər.
