Hakim Artur Enqoron Tramp Təşkilatının aktivlərinin qiymətləndirilməsində fırıldaqçılıq işi üzrə cümə axşamı keçirilən məhkəmə iclasında keçmiş ABŞ prezidenti Donald Trampın çıxışına icazə verməyib. Bu barədə Associated Press agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hakim görüşdə Trampdan müəyyən qaydalara əməl etməyi tələb edib. Xüsusilə, ABŞ-ın keçmiş rəhbərinə “işlə bağlı olmayan məsələlərə münasibət bildirmək”, “seçki çıxışları etmək”, habelə hakimin, onun aparatının, baş prokurorun və məhkəmənin fəaliyyətini şübhə altına almağa icazə verilmir.
Lakin Trampın vəkilləri bu məhdudiyyətlərin ədalətsiz olduğunu və Trampın onlarla razılaşa bilməyəcəyini müəyyən ediblər. Bundan sonra çıxış icazəsi məhkəmə tərəfindən ləğv edilib. (Tass)