Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” təşkilatının maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə çıxarılan hökmü sentyabrın 18-dən noyabrın 26-na təxirə salıb, NBC xəbər verir.
Onun məlumatına görə, hakim Xuan Merçan Respublikaçılar Partiyasından prezidentliyə namizədin vəkillərinin noyabrın 5-nə təyin edilmiş prezident seçkilərindən sonra dinləmənin keçirilməsi ilə bağlı vəsatətini təmin edib.