ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün hazırkı Amerika administrasiyası və Ukrayna rəsmiləri ilə danışıqlar aparır.
Bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.
Onların sözlərinə görə, nizamlanma planının konkret təfərrüatları hələlik Trampın müşavirləri və onun administrasiyasındakı vəzifələrə namizədlər tərəfindən təqdim edilməyib. (Tass)