ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası çox güman ki, Ukraynanın NATO-ya üzvlük təklifini rədd edəcək. Bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.
Onların fikrincə, belə bir addım Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün danışıqlara başlamasına səbəb ola bilər.
Seçki kampaniyası zamanı Tramp hətta andiçmə mərasimindən əvvəl də Ukrayna böhranının diplomatik yolla həllinə nail olacağını dəfələrlə bəyan edib. (Tass)