ABŞ prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsinin müavini Con Koul bəyan edib ki, hazırda Ukraynanın NATO-ya üzv olması ehtimalı tamamilə istisna edilmir. O, bu barədə Reuters agentliyinə bildirib.
“Hazırda o Ukraynanın NATO-ya üzvlüyü mümkünlüyü hələ də müzakirə mövzusudur”, – Koul deyib.
O, əlavə edib ki, ABŞ da Ukraynanın 2014-cü ildən əvvəl rəsmi sərhədlərinə qayıtması ideyasından tamamilə imtina etməyib. Onun sözlərinə görə, ABŞ və Rusiya arasında gələcək danışıqlarda Ukraynanın özünün və Avropa İttifaqının yeri hələ müəyyən edilməyib. (Tass)