Ticarət platformasının məlumatları göstərir ki, Nyu-York Fond Birjasının əsas indeksləri ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qələbəsi ilə bağlı proqnozlar fonunda 2-3% artır.
Yerli vaxtla saat 11:40-da ( Bakı vaxtı ilə 20:40) ABŞ-da biznes fəallığının əsas göstəricisi olan Dow Jones sənaye indeksi 1389,60 bənd (+3,29%) artaraq 43 611,48 bənd təşkil edib. ABŞ bazarında 500 ən böyük şirkətin daxil olduğu S&P indeksi 121,51 bənd (+2,10%) yüksələrək 5904,27 bənd olub. Nasdaq elektron mübadilə indeksi 430,64 bənd (+2,34%) artaraq 18 869,81 bənd təşkil edib. (Tass)