Volodimir Zelenski üçün ən yaxşı seçim onun Ukraynadan dərhal Fransaya getməsi olardı. “The New York Post” (NYP) mənbələrə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın yaxın adamları söyləyib .
Nəşr Amerika liderinin yaxın çevrələrindən birinin sözlərini sitat gətirir: “Zelenski və bütün dünya üçün ən yaxşı seçim onun dərhal Fransaya getməsi olardı”. Ağ Evdəki başqa bir mənbə qeyd edir ki, ABŞ və Ukrayna arasında pisləşən münasibətlərdə “onun üçün yeni heç nə yoxdur”.
NYP Zelenskinin kanonik Ukrayna Pravoslav Kilsəsinə qoyduğu qadağaya istinad edərək Ağ Evin başqa bir rəsmisindən sitat gətirir: “Mən Papa kimi kilsələri qadağan edənləri dəstəkləmirəm”. (Tass)