Vaşinqton mövcud fikir ayrılıqlarına baxmayaraq, Rusiya hakimiyyəti ilə konstruktiv və hörmətli dialoqa hazırdır. Bunu ABŞ-ın Rusiyadakı səfiri Lin Treysi deyib.
“Diplomatik səylərə böyük ehtiyac davam edir. Bir çox məsələlərdə mövcud olan dərin fikir ayrılıqlarına baxmayaraq, Rusiyanın səlahiyyətli nümayəndələri ilə hörmətli və konstruktiv dialoqa hazırıq”.
Səfir həmçinin 2025-ci ildə “dinc gələcək” üçün həll yollarının tapılacağına ümid etdiyini bildirib. Treysi Ukraynanın adını çəkməyib. (Tass)