Suriyanın yeni hakimiyyət orqanları müdafiə qabiliyyətinin gücləndirilməsi və terrorizmlə, o cümlədən İslam Dövləti qruplaşması ilə mübarizədə Türkiyədən kömək istəyib. Bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən TRT Haber telekanalı məlumat yayıb.
“Suriya administrasiyası müdafiə qabiliyyətinin gücləndirilməsi və İŞİD-in rəhbərlik etdiyi terror təşkilatlarına qarşı mübarizə kontekstində Türkiyədən rəsmi yardım istəyib. Biz Suriyanın müdafiə qabiliyyətini gücləndirmək üçün səylərimizi davam etdiririk”, – mənbələr qeyd ediblər.
Hərbi idarə Türkiyənin qonşu ölkənin bütövlüyünü müdafiə etdiyini vurğulayıb. “Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, orada sabitliyin təmin edilməsi, terror təşkilatlarına qarşı mübarizə məsələlərində qəti mövqe nümayiş etdirir”, – Müdafiə Nazirliyi bildirib. (Tass)