Kanadanın baş naziri Castin Trüdo 2024-cü ilin noyabrında ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla söhbətində zarafatla Kanadanı Amerika ştatlarından biri ilə dəyişməyi təklif etdiyini bildirib.
“Bu mövzu nə vaxtsa gündəmə gəldi (Tramp ilə onun Mar-a-Laqo iqamətgahında ) və sonra biz bu barədə hər cür düşünməyə başladıq: “Yaxşı,. biz “Bəlkə Kanadanın bəzi hissələrini Vermont və ya Kaliforniya ilə mübadilə edə bilərdik”, Tramp dərhal bunun artıq o qədər də gülməli olmadığına qərar verdi və biz başqa söhbətə keçdik”, – Kanada hökumətinin başçısı deyib.
Vaşinqtonun Kanada mallarına mümkün tarifləri tətbiq etməsi mövzusuna toxunan Trüdo qeyd edib ki, seçilmiş Amerika lideri müvafiq qərar qəbul edərsə, Ottava “qətiyyətli cavab verməli olacaq”. (Tass)