ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulması ideyasını hələ də dəstəklədiyini bildirib. O, bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib .
“Kanada ilə bağlı problem budur: Biz onlara ildə 200 milyard dollar subsidiya veririk. Biz onların benzinini, neftini, taxta-şalbanını istəmirik. Biz onların enerjisini istəmirik. Əllərində olan əşyaların heç birini istəmirik. Mən deyirəm ki, bu, böyük 51-ci ştat olardı”.
O, həmçinin qeyd edib ki, kanadalılar arasında onun çoxlu dostları var, o cümlədən əfsanəvi xokkeyçi Ueyn Qretzki. “Mən onun Kanadada reputasiyasına xələl gətirmək istəmirəm. Mən dedim ki, guya məni tanımırsan, elə et”, – ABŞ prezidenti əlavə edib.
“Unutmayın, əgər onlar bir dövlət olsalar, tarifləri olmayacaq” deyib Ağ Ev sahibi. (Tass)