Tunis hakimiyyəti Fələstin xalqı üçün 14 ton ərzaq yardımı olan hərbi təyyarə göndərib. Bu barədə Tunis Afrique Presse xəbər agentliyi məlumat yayıb.
Təyyarə El Aouin hava limanından Sinay yarımadasındakı (Misir) El Ariş beynəlxalq hava limanı istiqamətində havaya qalxıb. Oradan yük Qəzza zolağının əhalisinə daşınmalıdır.
Tunis İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını dəfələrlə kəskin şəkildə pisləyib və Fələstin xalqı ilə həmrəy olduğunu bildirib. (Tass)