May 10, 2025-0:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Tunisdə Fələstin xalqı ilə həmrəylik yürüşü keçirilib

2023:10:12 - 19:02
in DÜNYA
A A

Tunisdə minlərlə insan Fələstin xalqına dəstək məqsədilə keçirilən həmrəylik yürüşünə qatılıb. Bu barədə  Mosaique FM radiostansiyası məlumat yayıb.

Tunisin paytaxtının mərkəzi küçəsi Həbib Burqiba prospektində keçirilən dinc aksiyanı vəkillər təşkil edib. Onlara müxtəlif partiyaların fəalları, həmkarlar ittifaqı hərəkatlarının və vətəndaş cəmiyyətinin nümayəndələri qoşulub. İnsanlar Tunis və Fələstin bayraqları və böyük pankartlarla küçələrə çıxıblar.

Tunisdə izdiham saatlarla “Fələstin naminə”, “Müqavimət! Müqavimət! [İsraillə münasibətlərin normallaşmasına] yox!” şüarları səsləndirib. Yürüş təşkilatçılarının sözlərinə görə, respublika vətəndaşları “Fələstin xalqının ədalətli işinə, onun azadlıq və öz müqəddəratını təyinetmə hüququna dəstək ifadə etmək, həmçinin İsrail işğalçılarının hərəkətlərini qəti şəkildə pisləmək” üçün çıxış ediblər.

Cümə axşamı gecəsi, Tunis prezidenti Kays Səidin administrasiyası ölkənin “Fələstin məsələsinə dəstək verməklə bağlı dəyişməz mövqeyini” açıqlayıb. “Fələstin xalqının hüquqları heç bir halda sionist varlığın (yəni İsrailin – TASS qeydi) törətdiyi vəhşiliklərə görə pozulmamalıdır”, – kommünikedə qeyd olunub.  (Tass)

Əvvəlki Yazı

HƏMAS-ın yüksək rütbəli rəsmisinin qardaşı Qəzza zolağının atəşə tutulması nəticəsində həlak olub

Növbəti Yazı

Blinken İordaniyada Abbasla görüşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.