Tunisin paytaxtında minlərlə nümayişçi İsrailin Qəzza zolağına hücumlarına və Fransanın bu hərəkətlərə dəstəyinə etiraz etmək üçün aksiya keçirib. AFP xəbər verir ki, Fransa səfirliyi qarşısında toplaşan onlar İsraili Qəzzadakı Əl-Əhli xəstəxanasına raket atmaqda günahlandırıblar və nəticədə yüzlərlə adam həlak olu.
Nümayişçilər Tunis hakimiyyətindən Fransa səfirinin ölkədən çıxarılmasını tələb ediblər. Oxşar aksiya ABŞ səfirliyində də keçirilir.
Tunisin digər böyük şəhərlərində də İsrailin Qəzzadakı hərəkətlərini pisləyən nümayişlər keçirilib. (Tass))