İyun 2, 2025-0:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Turizm şirkətlərinin nümayəndələri tanışlıq məqsədilə aqroturizm təsərrüfatlarında olublar

2023:10:23 - 16:20
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Sitrus vadisi” və “Lerik Longevity Honey” aqroturizm təsərrüflarına infotur təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, infoturda Azərbaycanda fəaliyyət göstərən 30 turizm şirkətindən 33 nümayəndə iştirak edib.

Nümayəndələr əvvəlcə Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatında göstərilən xidmətlərlə tanış olub, sitrus, kivi və feyxoa bağlarında təbii məhsulların dadına baxıblar. Təsərrüfatda qonaqlara sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar, sitrus meyvələrindən hazırlanan məhsullar barədə məlumat verilib.

Daha sona qonaqlar Lerikdə yerləşən “Lerik Longevity Honey” təsərrüfatına səfər ediblər. Turizm şirkətlərinin nümayəndələri təsərrüfatda balın toplanması və süzülməsi prosesində iştirak edib, onlara müxtəlif arı məhsullarının hazırlanması, arı məhsullarının faydaları barədə onlara məlumat verilib. Qonaqlar sonda “Lerik Longevity Honey” aqroturizm təsərrüfatında hazırlanan yerli mətbəxin təamları ilə tanış olublar.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günədək yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

Əvvəlki Yazı

“TuranBank” yeni “Qaradağ” filialı ilə Binə Ticarət Mərkəzində

Növbəti Yazı

Bakı Media Mərkəzi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.