İyun 16, 2025-14:18
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurasının birinci toplantısı keçirilib

Qazaxıstanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasının birinci toplantısı keçirilib.

Teleqraf xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da toplantıda iştirak edib.

T.Kazımov çıxışı zamanı Azərbaycanda mövcud iqtisadi inkişaf trendləri barədə məlumat verib və pul siyasətinin ötürücülüyünün artırılması istiqamətində AMB-nin həyata keçirdiyi təşəbbüslərdən danışıb. O, maliyyə texnologiyalarının tətbiqinin genişləndirilməsi və rəqəmsal valyutanın inkişafı istiqamətində AMB-nin atdığı mühüm addımları diqqətə çatdırıb.

AMB sədri Türk Dövlətləri Təşkilatının regional və qlobal əhəmiyyətli platforma kimi ölkələr və mərkəzi banklar arasında səmərəli qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcəyinə dair əminliyini ifadə edib.

AMB sədri deyib ki, Şuranın növbəti toplantısı Bakıda keçiriləcək.

Toplantıda Qırğız Respublikasının Milli Bankının sədri Melis Turqunbayev, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Özbəkistan Mərkəzi Bankının sədri Timur İşmetov və Macarıstan Mərkəzi Bankının icraçı direktoru Qabor Szöksün də çıxışları baş tutub.