İyun 13, 2025-4:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Türk dünyası memarlarının Türküstan görüşü

2025:06:11 - 16:01
in MƏDƏNİYYƏT
A A

İyunun 10–11-də Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun, Türküstan vilayəti akiminin birgə təşkilatçılığı ilə “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

AZƏRTAC xəbər verir ki, simpoziumun rəsmi açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayəti akiminin müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, həmçinin beynəlxalq ekspertlər iştirak ediblər.

Simpozium çərçivəsində keçirilən plenar iclasda türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.

“Türk mədəni irsi abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi”, “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında təşkil olunan panel sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər təcrübələrini bölüşüblər. Azərbaycanı bu simpoziumda tanınmış alim – AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zaur Həsənov təmsil edib.

Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən “Min zaman – Bir Türküstan” adlı musiqili tamaşa olub.

Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonuna səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.

Tədbir Türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi-praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.

Əvvəlki Yazı

Tramp pilotsuz təyyarələrdən geniş istifadəni ABŞ-ın milli təhlükəsizliyinə təhdid adlandırır

Növbəti Yazı

“Millət “Əkinçi”liyinin davam edən ənənələri” mövzusunda elmi sessiya keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.