Qəzzada münaqişə davam edərkən ABŞ-ın İsrailə dəstəyi qlobal böhranın yaranması ilə doludur. Bu fikri Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
“Cinayətlər və [Qəzzanın] bombalanması davam edərkən ABŞ İsraili dəstəkləməyə davam edərsə, bu, qlobal böhrana səbəb ola bilər”, – deyə türkiyəli nazir bildirib.
O, həmçinin bildirib ki, Qəzzada nizamlanma məsələsində Ankara və Vaşinqtonun mövqeləri fərqlidir. “Mən [ABŞ dövlət katibi Antoni] Blinkenlə açıq danışdım, biz daimi atəşkəsi dəstəklədik və Qəzzadan köçürülmə siyasətini rədd etdik. İsrailə dəstək və atəşkəs məsələsində Vaşinqtonla fikir ayrılığımız var”, – Fidan bildirib. (Tass)