Avropa ABŞ prezidenti Donald Trampın qitədə yeni güc mərkəzi yaratmaqla Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə cavab verməlidir. Bu çağırışla Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan çıxış edib.
O , Financial Times-a dediyi kimi , Trampın hərəkətləri “hamımız üçün bir oyanış çağırışıdır ki, bir araya gəlib öz güc mərkəzimizi yaratmalıyıq”. Fidan əlavə edib ki, Türkiyə NATO-nun “dağılacağı” təqdirdə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazır olacaq. (Tass)