Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib. TRT Haber telekanalının verdiyi məlumata görə, bu barədə qərar çərşənbə axşamı keçirilən iclasda qəbul edilib .
İndi sənəd Parlamentin Baş Assambleyasında səsverməyə çıxarılacaq. Onunla bağlı səsvermənin keçiriləcəyi tarix hələ məlum deyil. (Tass)