Türkiyə təhlükəsizlik qüvvələri respublikanın hər yerində “Qəhrəmanlar” kod adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Saat 08:30-a olan məlumata görə, Türkiyə daxilində 13 min 440 təhlükəsizlik əməkdaşının iştirak etdiyi 466 terrorla mübarizə əməliyyatı keçirilib.Həmin Qəhrəmanlar əməliyyatı çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında 12 terror təşkilatı üzvü saxlanılıb. “Diyarbəkir, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə keçirilən əməliyyatlar zamanı 55-dən az terror şübhəlisi saxlanılıb”, – Türkiyənin daxili işlər naziri yazıb. (Tass)