Avqust 28, 2025-17:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Türkiyə Ədliyyə Akademiyasının nümayəndə heyəti Ali Məhkəmədə olub

2024:12:19 - 13:57
in SİYASƏT
A A

Dekabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemirin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Qonaqlara Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə mühüm tədbirlər görülür.

Görüşdə iki ölkənin məhkəmə-hüquq sahəsində əməkdaşlığından bəhs edilib, hakimliyə namizədlərin biliklərinin artırılması, eyni zamanda, Türkiyənin məhkəmə təcrübəsinin öyrənilməsi məqsədilə səfərlərin, təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Nümayəndə heyətinin rəhbəri Muhittin Özdemir ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.

Əvvəlki Yazı

Orxan Məmmədov: “Sahibkar olmaq istəyənlər mövcud dəstək alətlərindən düzgün istifadə etməlidir”

Növbəti Yazı

Musa Quliyev: Həssas kateqoriyadan olan insanlar peşə hazırlığına cəlb edilməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.