Müdafiə Sənayesi prezidenti Haluk Görgün Türkiyənin elektron döyüş imkanları baxımından yaxşı səviyyədə olduğunu və bunu artırmaq üçün çalışacaqlarını bildirib.
Müdafiə Sənayesi prezident Haluk Görgün 1-ci Elektron Müharibə Simpoziumunda etdiyi çıxışında elektron müharibənin düşmən qüvvələrinin elektron sistemlərini və yerlərini aşkar edib məhv etmək, onların effektivliyini azaltmaq və dost qüvvələrin elektron sistemlərinin qarşısını almaq üçün istifadə edilən sistem və texnikaları əhatə etdiyini bildirib.
Görgün müharibə və qaynar qarşıdurma mühitlərini yaxından izlədiklərini, elektron müharibə elementlərinin təsirli istifadəsinin və ya istifadə edilməməsinin təsirlərinin Rusiya-Ukrayna müharibəsində ortaya çıxdığını bildirib.
Simpozium çərçivəsindəki fəaliyyətlərdə sektorun bütün maraqlı tərəflərinin yüksək iştirak nümayiş etdirdiyinə diqqət çəkən Görgün, tədbiri mütəmadi olaraq keçirməyi planlaşdırdıqlarını qeyd edib. (TRT Haber)