Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.
“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında [sülh] müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, o, “Türkiyə” qəzetinə deyib.
Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir. “Biz razılıqların əldə olunmasına maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq”, – deyə Türkiyə XİN rəhbəri qeyd edib. (Tass)