Türkiyə tərəfi Suriyanın eks-prezidenti Bəşər Əsədi daşıyan təyyarəyə öz hava məkanından keçməyə icazə verməyib və müvafiq müraciətlər almayıb. Bu barədə “Habertürk” telekanalı öz rəsmi mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr, “Əsədi Rusiyaya gətirən təyyarənin, qaydaların tələb etdiyi kimi, Türkiyə tərəfindən hava məkanından istifadə üçün icazə istəmədiyini” qeyd edib. Buna görə, “Əsədin yerləşdiyi təyyarə Türkiyə hava məkanından istifadə etməyib”.