Türkiyə hakimiyyəti Türkiyə və Amerika vətəndaşlığı olan fəal Ayşenur Ezgi Eyginin İordan çayının qərb sahilində ölümü ilə bağlı cinayət təhqiqatına başlayıb və onun ölümündə əli olanlar üçün beynəlxalq həbs qərarı tələb etmək niyyətindədir. Bu barədə Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç yerli telekanallarda məlumat verib.
“Ankara Baş Prokurorluğu Ayşenur Ezgi Eyginin qətli ilə bağlı istintaqa başlayıb. Biz bu işdən əl çəkməyəcəyik və sona qədər davam etdirəcəyik. Bundan əlavə, BMT, İnsan Hüquqları Təşkilatı səviyyəsində işlərin başlanması üçün çalışırıq. O əlavə edib ki, Türkiyə tərəfində fəalın qəsdən öldürülməsinə dair sübutlar, o cümlədən video çəkiliş var.
Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, İsrail mərhumun cənazəsinin türk diplomatlarına təhvil verilməsi prosedurunu başa çatdırıb və cümə günü respublikaya təhvil veriləcək. “Anadolu” agentliyinin mənbələrə istinadən qeyd etdiyi kimi, Ayşenur Ezgi Eyqinin cənazəsi əvvəlcə Bakıya, cümə günü səhər isə İstanbula aparılmalı idi. Dəfn mərasiminin Ege dənizi sahilində yerləşən Aydın vilayətinin Didim şəhərində təşkil ediləcəyi gözlənilir. (Tass)