Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarəsi Qəzzadan Ankaradakı Etimesqut Hava Bazasına 61 xəstə və 49 müşayiət edən şəxsi çatdırıb. Bu barədə “TRT Haber” telekanalı aviabazadan məlumat verib və Türkiyənin Fələstin anklavından xəstələri daşımağa davam edəcəyini qeyd edib.
Təyyarəni Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca qarşılayıb. Xəstələr müalicə üçün Türkiyə paytaxtındakı klinikalara aparılacaq.
Daha əvvəl Qəzzadan 27 xərçəng xəstəsi Ankaraya gətirilərək Bilkənd Xəstəxanasına yerləşdirilib. Türkiyə hakimiyyəti daha əvvəl Qəzzadan müalicə üçün 1 minə yaxın insanı daşımağa hazır olduqlarını bildirmişdi.
Eyni zamanda Türkiyə vətəndaşlarını münaqişə bölgəsindən təxliyə edir. Bazar günü 44 nəfər Türk Hava Yolları tərəfindən Qahirədən İstanbula aparılıb. Həmin gün Türkiyə və Şimali Kiprdən olan 87 vətəndaşın Rəfah keçid məntəqəsi vasitəsilə Misirə keçib və yaxın vaxtlarda Türkiyəyə göndərilməsi planlaşdırılır.