Avqust 18, 2025-15:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Türkiyə hakimiyyəti israilli futbolçunu matçdakı jestdən sonra ölkədən qovub

2024:01:15 - 15:18
in DÜNYA
A A

Türkiyə hakimiyyəti Antalyada keçirilən oyundan sonra “ictimai olaraq düşmənçilik və nifrət salmaq” ittihamı ilə saxlanılan “Antalyaspor” futbol klubunun israilli yarımmüdafiəçisi Saqiv Yehezkeli ölkədən qovmaq qərarına gəlib. Bu barədə TRT Spor televiziya şirkəti məlumat yayıb.

Yanvarın 14-də keçirilən “Antalyaspor” – “Trabzonspor” matçında qol vurduqdan sonra Yehezkel qolundakı “100 gün. 7.10” yazısı və Davud ulduzunun təsviri olan sarğıya işarə edib. Yazı 7 oktyabr 2023-cü ildə HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumu ilə başlayan Fələstin-İsrail münaqişəsinin 100-cü günü demək idi. Bundan sonra klubun direktorlar şurası futbolçunu siyahıdan kənarlaşdırıb. “Antalyaspor” qərarını Yehezkelin Türkiyənin “milli dəyərlərinə zidd hərəkət” etməsi ilə izah edib.

Həmin gün Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç israilli futbolçuya qarşı cinayət işinin başlandığını və onun saxlanıldığını açıqlayıb. O, bazar ertəsi həbsdən azad edilib.

TRT Haber televiziyasının məlumatına görə , futbolçu və ailəsi bazar ertəsi Türkiyəni tərk edəcək. Onu götürmək üçün artıq İsraildən şəxsi təyyarə gəlib.  (Tass)

Əvvəlki Yazı

Bakıda sexdəki partlayışda 3 nəfər ölüb, 24 nəfər xəsarət alıb, cinayət işi açılıb – YENİLƏNİB-9

Növbəti Yazı

Yanvarın sonunda Ermənistan və Azərbaycan delimitasiyası komissiyalarının növbəti iclası keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.