Türkiyə Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtında qətlə yetirilməsini kəskin şəkildə pisləyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qorxaqcasına öldürülməsini pisləyirik. Həniyə kimi yüz minlərlə şəhidi öz vətənində, öz dövlətində sülh içində yaşaya bilməsi üçün qurban verən Fələstin xalqına başsağlığı veririk”. bəyanatında deyilir. (Tass)