Türkiyə ordusu İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (Türkiyədə qadağan olunmuş və terrorçu kimi tanınan PKK) 11 silahlısını məhv edib. Bu barədə Respublika Müdafiə Nazirliyi X (keçmiş Twitter) məlumat yayıb.
“İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 10 PKK terrorçusu məhv edilib, Metin bölgəsində isə 1 terrorçu məhv edilib.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi bir həftə ərzində əməliyyatlar nəticəsində bitişik ərazilərdə 45 kürd yaraqlısının öldürüldüyünü bildirib.
Ankara PKK-nı milli təhlükəsizliyə əsas təhdid hesab edir. Türkiyə ordusu kürd silahlı qüvvələrinin yerləşdiyi Şimali İraq və Suriyada, demək olar ki, hər gün, əsasən, havadan əməliyyatlar həyata keçirir.