Türkiyə İsrail və İranı aralarında gərginliyin daimi münaqişəyə çevrilməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıb. Bu barədə Respublika Xarici İşlər Nazirliyinin X-də (keçmiş Twitter) bəyanatında deyilir.
“Son hadisələr fonunda İsrailin Dəməşqdəki İran səfirliyinə qanunsuz hücumu nəticəsində yaranan gərginliyin daimi münaqişəyə çevrilməsi riski getdikcə daha aydın oldu”, – sənəddə deyilir.
Qeyd edilir ki, beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada böhrana son qoymaq və müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə davamlı sülhü təmin etmək olmalıdır. (Tass)