Respublika Xarici İşlər Nazirliyindən jurnalistlərə verilən məlumata görə, Türkiyə səfiri məsləhətləşmələr üçün İsraildən geri çağırılıb.
“İsrailin dinc əhaliyə qarşı davam edən hücumları nəticəsində Qəzza zolağında baş verən humanitar faciə və İsrailin atəşkəs çağırışını rədd etməsi səbəbindən Təl-Əvivdəki səfirimiz Şakir Özkanın geri çağırılmasına qərar verilib”, – deyə nazirlikdən bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də İstanbulda Fələstinə dəstək üçün keçirilən minlərlə insan mitinqində çıxış edərək, Ankaranın Qəzzada törədilən “qırğına” görə İsraili hərbi cinayətkar elan edəcəyini bildirib və buna görə bütün məsuliyyəti Qərbin daşıdığını bildirib. Ərdoğan Türkiyənin İsraillə münasibətlərə yenidən baxacağını da bildirib. (Tass)