Türkiyə İsrail ordusunun Rəfah əməliyyatının “bütün dünyaya təsir edəcəyi” xəbərdarlığını edərək, İsraili hərbi qüvvələrini dərhal Qəzza zolağından çıxarmağa çağırıb.
“Rəfaha hücum təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrail dərhal Rəfah keçid məntəqəsini tərk etməlidir. Rəfahda və sərhəd-keçid məntəqəsindəki status-kvo daha gecikdirilmədən bərpa edilməlidir”, – Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keceli bildirib.
Diplomat qeyd edib ki, Ankara radikal Fələstinin Həmas qruplaşmasının Qəzza zolağında vasitəçilərin təklif etdiyi atəşkəs sazişi layihəsi ilə razılaşmaq qərarını alqışlayıb. “Biz Fələstinin Qəzzada atəşkəs, girov və məhbusların qarşılıqlı azad edilməsi ilə bağlı son təklifini qəbul etməsini alqışladıq. Bu cür müsbət irəliləyişlər fonunda İsrailin Rəfaha hücumlarının intensivləşməsi bir daha göstərdi ki, [Binyamin] Netanyahu hökuməti vicdanla hərəkət etmir”, – diplomat qeyd edib. (Tass)