Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri İsrael Katsın son anti-Türkiyə bəyanatlarını pisləyib və bildirib ki, İsrail hərbçilərinin Qəzza zolağında törətdiyi cinayətlərlə bağlı həqiqətləri dünyaya çatdırmağa davam edəcək. Bu barədə nazirliyin məlumatında deyilir.
“İsrail xarici işlər nazirinin sosial şəbəkələrdə prezidentimizin əleyhinə yönəlmiş yazısı qeyri-ciddi və alçaqdır, İsrail hökumətinin vəziyyətini səciyyələndirir, gec-tez İsrail kabinetinin bütün üzvləri mütləq məhkəmə qarşısına çıxacaq İsrailin Fələstin xalqına qarşı zülmünə qarşı səsini ucaltmağa davam edir”, – bəyanatda deyilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda Parlamentlərarası Qüds Platforması konfransında çıxış edərək, İsrailin baş naziri Binyamin Netanyahunu bir daha “zəmanəmizin Hitleri” adlandırıb və Ankaranın onu hərbi əməliyyatlar zamanı törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb etmək niyyətini açıqlayıb. (Tass)