Türkiyə Livanda daimi atəşkəsin təmin edilməsi üçün səy göstərəcək. Bu barədə jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Livan çox çətin vəziyyətdədir. Hər şey dağıdılıb. Yardım üçün müraciətlər var. Bütün dünya susanda belə yardımları davam etdirəcəyik, Livanda daimi atəşkəsin təmin edilməsi üçün səy göstərəcəyik”.
Ərdoğanın sözlərinə görə, cümə axşamı o, BMT-nin baş katibi Antonio Quterres ilə telefonla danışıb və o, atəşkəsə nail olmaq üçün səy göstərəcəyinə əmin olub.
Ərdoğan Qəzza zolağında törədilən cinayətlərə görə İsrailin məsuliyyətə cəlb olunmasının vacibliyindən də danışıb. “Biz İsraili vəhşiliklərinə və soyqırımına görə hesaba çəkməliyik”, – Türkiyə prezidenti vurğulayıb.