İyun 19, 2025-17:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyəti və perspektivləri müzakirə edilib

2025:05:19 - 14:56
in SOSİAL
A A

Mayın 19-da Türkiyə Maarif Vəqfi (TMV) tərəfindən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunda mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə TMV-nin yaradıldığı gündən etibarən dünyada, o cümlədən Türk dünyası və Azərbaycandakı fəaliyyəti, təhsil layihələri, tədris proqramları və perspektivləri geniş şəkildə müzakirə olunub.

Mətbuat konfransında TMV İdarə Heyətinin üzvü Mehmet Özcan, TMV-nin Asiya və Sakit Okean ölkələri üzrə məsul departament rəhbəri Salih Sağır və TMV-nin Azərbaycan üzrə nümayəndəsi Serdar Gündoğan iştirak ediblər. Qonaqlar vəqfin Azərbaycanda təhsil sahəsindəki fəaliyyətləri, beynəlxalq standartlara uyğun tədris proqramları və gələcək planları haqqında media nümayəndələrinə ətraflı məlumat veriblər. TMV-nin Türk dünyası ilə əməkdaşlıq strategiyası və bu istiqamətdə görülən işlər də tədbirin əsas mövzularından biri olub.

Qeyd olunub ki, Türkiyə Maarif Vəqfi 2016-cı ildə təsis olunduğu gündən bu günə qədər 55 ölkədə fəaliyyət göstərərək təhsil sahəsində mühüm layihələrə imza atıb. Azərbaycanda isə vəqf Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir tədris metodologiyalarını tətbiq etməklə, həm yerli, həm də beynəlxalq tələbələrə yüksəkkeyfiyyətli təhsil imkanı təqdim edir.

Tədbirin sonunda media nümayəndələri TMV-nin Gənclik kampusunu ziyarət edərək məktəbin müasir infrastruktur və tədris mühiti ilə yaxından tanış olublar.

Əvvəlki Yazı

Polşada Rusiya ilə sərhəd yaxınlığında NATO-nun “Cəsur qaban” taktiki təlimləri keçirilir

Növbəti Yazı

Doktoranturaya hazırlaşanlar üçün metodik vəsait nəşr edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.