Türkiyə ordusu İraqın şimalında hava hücumu zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) 16 silahlısını məhv edib. Bu barədə Respublika Müdafiə Nazirliyi X-də (keçmiş Twitter) məlumat yayıb.
“İraqın şimalındakı Hakurk, Metina və Qara bölgələrində hava əməliyyatı zamanı 16 terrorçu öldürülüb, o cümlədən qondarma [PKK] rəhbərliyinin nümayəndələri”, – deyə məlumatda bildirilir.
Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə əsas təhdid adlandırır. Respublika ordusu vaxtaşırı İraqın şimalında kürd yaraqlılarına qarşı əməliyyatlar keçirir və bölgədə böyük bir qoşun dəstəsi saxlayır. (Tass)