Türkiyə hakimiyyəti gələn həftə respublikada 2026-cı ildə NATO sammitinin keçiriləcəyi yerlə bağlı qərar verəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Atlantika Alyansının Haaqa sammitində iştirakından sonra keçirdiyi mətbuat konfransında deyib.
NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilir ki, alyansın növbəti sammiti Türkiyədə, bir ildən sonra isə Albaniyada keçiriləcək.
“Əvvəlki NATO sammiti İstanbulda olub. Həmkarlarımız danışıqlar aparır. Gələn həftə ərzində bu məsələ ilə bağlı qərar verəcəyik”, – Ərdoğan bildirib.
NATO-nun Türkiyədəki sammiti 2004-cü ilin iyununda İstanbulda baş tutub. Yerli media növbəti sammitin keçiriləcəyi mümkün məkanlar kimi Aralıq dənizi şəhəri Antalya və Egey sahili İzmir şəhərinin adını çəkib. (Tass)