Türkiyə parlamenti yekdilliklə İsrailin İrana hücumunu pisləyən qətnamə qəbul edib.
Yekdilliklə qəbul edilən sənəddə deyilir: “Biz İsrailin Qəzza xalqına qarşı soyqırımını, regionda sülhü təhdid edən bütün hərəkətlərini və İrana qarşı törətdiyi hücumu qəti şəkildə pisləyirik”.
Qətnamədə deyilir: “Biz İsrailin təcavüzü qarşısında səssiz qalan bütün beynəlxalq qurumları və hökumətləri beynəlxalq hüquq və diplomatiya əsasında məsuliyyəti öz üzərinə götürməyə çağırırıq. Biz beynəlxalq ictimaiyyətin İsraili dayandırmaq üçün qəti və prinsipial mövqe nümayiş etdirməsini gözləyirik”. (Tass)