Türkiyə Böyük Millət Məclisi (parlament) İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Səsvermə Parlamentin Baş Assambleyasının iclası zamanı baş tutub.
Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti hələ də İsveçin üzvlük üçün müraciətini ratifikasiya etməyib.
Səsvermədə 346 deputat iştirak edib, onlardan 287-si qanun layihəsinin lehinə, 55-i əleyhinə, daha dördü isə bitərəf qalıb. İsveçin NATO-ya daxil olmasını prezident Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası və ana müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası dəstəkləyib.
İndi qanun layihəsi təsdiq olunmalı və respublika Prezidenti tərəfindən imzalanmalıdır. Sənəd rəsmi hökumət qəzeti Resmi gazetedə dərc olunacaq və daha sonra rəsmi olaraq qüvvəyə minəcək. (Tass)