Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” pilotsuz uçuş aparatı ABŞ və Qərb koalisiyasının Suriyanın Həsəkə əyalətinin şimalında yerləşən Tell Beydar hərbi bazası üzərində vurulub. Al Mayadeen telekanalının verdiyi məlumata görə, kürd birləşmələrinin mövqelərinə zərbələr endirməyə hazırlaşan pilotsuz təyyarə raketlə vurulub.