Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə bildirib ki, Ankara öz ərazisində yaralı fələstinlilərin müalicəsi üçün çalışır. Bu barədə Türkiyə liderinin ofisi telefon danışığından sonra məlumat verib.
“Görüş zamanı Qəzza zolağındakı son vəziyyət və cari hadisələr müzakirə olunub. Prezident Ərdoğan bildirib ki, Türkiyə humanitar yardımın Qəzzaya çatması və lazım gələrsə, yaralıların Türkiyədə müalicə oluna bilməsi üçün səy göstərir. Türkiyə bu vəziyyəti təmin etmək öhdəliyi daşıyır. Ən qısa zamanda bölgədə atəşkəs əldə olunsun”, – mesajda deyilir.
Ərdoğan həmçinin bildirib ki, “Fələstin-İsrail məsələsinin yekun həlli 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil Fələstin dövləti yaradılmadan əldə edilə bilməz”. Türkiyə, prezidentin qeyd etdiyi kimi, bölgədə “davamlı sülh üçün beynəlxalq səviyyədə mübarizəni davam etdirəcək. (Tass)