Türkiyənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bəzi yerli KİV-lərdə 10 milyard dollar müqabilində Qəzza sakinlərinin köçürülməsi planları ilə bağlı yayılan xəbərləri təkzib edib.
“Bəzi sosial şəbəkələrdə yayılan və bir sıra KİV-lərdə 10 milyard dollar müqabilində Qəzzalıların köçürülməsinə hazırlıq görülməsi ilə bağlı yayılan iddia doğru deyil. Fələstin xalqının işğala qarşı ədalətli mübarizəsini dəstəkləyən Türkiyənin Qəzzalıların öz evlərindən köçürülməsi planında iştirakından söhbət gedə bilməz”, – mətbuat mərkəzindən bildirilib.
“Türkiyənin son günlər tez-tez səslənən fələstinlilərin Qəzza zolağından Suriya və ya Türkiyəyə köçürülməsi üçün çalışdığına dair iddialar dezinformasiya kampaniyasının nəticəsidir”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Amerikanın yeni administrasiyasının Qəzza zolağı sakinlərinin köçürülməsi ilə bağlı elan etdiyi planlar qəbuledilməzdir. Onun sözlərinə görə, Ankara buna imkan verməyəcək. (Tass)